Axtarış
Atena MMC "İlin İnvestor" mukafatını qazandı.
Fotoqalereya

Park İnn BY Radisson Hoteldə təşkil edilən "Caspian Energy İntegration Award 2012 Prize" mükafatlandırma mərasimində, 2011-ci ilin may ayında yaranan Atena MMC, qısa bir müddətdə süd ve süd məhsulları istehsalında 400 ton/günlük istehsal ilə Azerbeycanda ən böyük istehsal həcminə və ən yeni texnoloji avadanlıqlarına malik fabriki olaraq "İlin investisiyası" ve bu investisiyanı həyata keçirən cənab Elşad Rəsulov da "İlin İnvestoru" mükafatlarına layiq görülüblər.

Cənab Elşad Rəsulov öz çıxışında "Atena" süd zavodunun Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyinin açıq-aşkar sübutu və qeyri-neft sektorunda uğurlu inkişafının göstəricisi olduğunu xatırlatdı. O, istehlakçıların məmnuniyyətindən cəsarətlənərək gələcəkdə bu cür investisiyaların davam edəcəyini və Azərbaycanda qeyri-neft sektoruna daha böyük töhfələr verəcəklərinin müjdəsini verdi.

Belə ki, cari ilin sonunadək kənd təsərrüfatına dəstək dövlət proqramı sayəsində “Atena” süd zavodu, zavodu yüksək keyfiyyətli südlə təmin etmək üçün 3000 baş mal-qaralıq özəl ferma açmağı planlaşdırır. “Atena” süd zavodunun işinə hal-hazırda 18 kənddən 1000 fermer cəlb olunub, zavod 80-150 arası insanı iş yeri ilə təmin edir. Zavod 3 növbədə işləyərək sutka ərzində 400 ton süd istehsal edir.