Axtarış
Tarixcə
Hədəf və Məqsədlərimiz
Texnologiya
Keyfiyyət Sertifikatlarımız
Reklam Filmlərimiz
Sosial Məsuliyyət
Keyfiyyət Sertifikatlarımız

Atena Azərbaycanda həm BRC (Britaniya Pərakəndə Konsorsiumu) həm də İSO 22000 sertifikatlarına bir arada sahib olan ilk qida firmasıdır.

BRC (BRİTANİYA PƏRAKƏNDƏ KONSORSİUMU) SERTİFİKATI


BRC nədir, meydana gəlmə müddəti?

BRC – (Britaniya Pərakəndə Konsorsiumu) 1998-ci ildə qurulmuş ingilis pərakəndə satış konsorsiumu, İngiltərədə perakendecilik sektorunun 90%-ni təmsil edir və 300.000-dən çox market, mağaza, alver mərkəzi, yemək və içki quruluşuna məsləhətçilik etməkdədir.

BRC Standartları ingilis perakendecilerinin meydana gətirmiş olduğu bir standartdır. Beynəlxalq qəbul görmüş qida təhlükəsizliyi standartlarını əhatə edən bir standartdır.

Tərkibində böyük pərakəndə nümayəndələri, istehsalçılar, sertifikatlandırma quruluşları və ticarət təşkilatlarının olduğu texniki komitələr tərəfindən yaradılmışdır.

BRC, böyük ingilis pərakəndəciləriylə qida istehsal obyektlərində gigiyena standartının təmin edilməsi məqsədiylə, "BRC-Qida standartını" təsis etmişdir.


A dərəcəli sertifikat nədir?

A Dərəcə ilə BRC Sertifikatlandırma Fabrikin bütün proseslərində major (böyük), kritik (həssas) və fundamental (təməl) xəta meydana gəlmədən nəzarəti müvəffəqiyyət ilə keçdiyi mənasına gəlməkdədir.

İstehsal mərhələsində hər hansı bir xətanın meydana gəldiyi və B, C, D kataqoriyalarında sertifikatlara sahib olan fabriklərdən fərqi olduqca diqqətə çarpandır və əksiksizdir.

Atena Süd fabriki, A Dərəcəli sertifikata sahibdir. Belə ki, major (böyük), kritik (həsas) və fundamental (təməl) xəta qeydə alınmamışdır.


BRC-nin faydaları və istifadə sahələri?

• Hüquqi öhdəliklərin yerinə yetiriləcəyinə dair zəmanət verir.

• Məhsul və markaya istehlakçı güvəninin artmasını təmin edir.

• İngilis pərakəndə bazarına girişi təmin edir.

• Həm istehsalçılar, həm də pərakəndə satış üçün ortaq dəyərləndirmə sistemini təmin edir.

• Müştərilər üçün maksimum keyfiyyəti təmin edir.

• Pərakəndə distribusiyasında güclü bağlar qurur.

• İnkişaf etmiş Qida Təhlükəsizliyi İdarəetmə Sistemi qurur.

• Məhsul və keyfiyyət təhlükəsizliyi mövzusunda müştəri güvəninin artması təmin edir.

• İstehsal məhsuldarlığını artırır.

• Əhəmiyyətli qida risklərini minimuma endirir.

• Keyfiyyət, Gigiyena və Məhsul təhlükəsizliyi ilə bağlı əhatəli bir perspektiv təmin edir.

• Nəzarət siyahısının istifadəsi ilə səhvləri minumuma endirir.

• Davamlı nəzarət ilə davamlı inkişafa imkan verir.

• ISO 9001-ISO 22000 və s. qida təhlükəsizliyi və keyfiyyət idarəetmə sistemləri ilə inteqrasiya edilə bilir.


BRC sertifikatı kimlər üçün lazımlıdır?

Məhsul və ya hansı ölkədən olduğundan asılı olmayaraq xüsusilə İngiltərə pərakəndəcilərinə qida məhsulu təmin edən bütün tədarükçülər üçün uyğundur. İngiltərə pərakəndəciləri öz qida tədarükçülərinə BRC Global Standartı - Qida şərtlərini yerinə yetirmələrini təklif edir və ya şərt qoyur.




İSO 22000 SERTİFİKATI

İSO 22000 nədir?

İSO 22000; İSO tərəfindən təsis edilən dünya miqyasında qəbul olunmuş HACCP sistemini də əhatə edən ilk qlobal qida təhlükəsizlik standartıdır.

Qlobal olması İSO 22000 standartına görə alınan sənədin bütün dünyada tanınması və beynəlxalq ticarəti asanlaşdırması mənasına gəlməkdədir.


İSO 22000-in məqsədi nədir?

İSO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi; dünya miqyasında etibarlı qida istehsalı zinciri yaratmaq məqsədilə yaradılmış beynəlxalq bir standartdır. Tədarükçülər, istifadəçilər, hüquqi orqanlar, istehlakçılar və bütün əlaqəli tərəflər arasında qarşılıqlı əlaqəni və bu sayədə təhlükəsiz qidanın hər addımda izlənə bilinməsini təmin etməyi əsas almaqdadır.


Qida fabriklərində İSO 22000 hansı mənanı kəsb edir?

İSO 22000 sənədinə sahib olan qida fabrikinin, rəhbərlik və texniki kadrlar da daxil olmaqla bütün çalışanların hər birinin yüksək keyfiyyət anlayışına malik olması deməkdir.

Fermadan süfrəmizə qədər Qida Təhlükəsizliyinin təmini, Dövlət qanunları və beynəlxalq normalarda istehsal edildiyi və bunun davamlılığı mənasına gəlir.

Fermadan süfrəmizə, son məhsul istehlakçıya çatanadək;

• Qidaya istifadə olunan çiy süd xammalının təhlükəsizliyi və nəzarəti,

• Qida qablaşdırma vasitələri istehsalçılarının periodik yoxlanması və nəzarəti,

• Qida istehsalı avadanlıqlarının uyğunluğu və nəzarəti,

• İstehsalat prosesinin texniki və gigiyena cəhətdən ən üst səviyyədə aparılması,

• Logistika, Depolama və soyuq zincir də daxil olmaqla son istehlakçıyadək bütün şəraitin yaradıldığı və nəzarət edildiyi mənasına gəlir.