Tarixçə

ATENA MMC Azərbaycanın uğurlu inkişafına yardım etmək üçün ölkənin heyvandarlıq sektorunda ən tanınmış bölgə olan Ağcabədi rayonunda qurulmuş və eyni zamanda süd və süd məhsulları istehsalı ilə yanaşı bölgənin inkişafına təsir göstərməyi də nəzərdə tutmuşdur.

ATENA Süd zavodunun keyfiyyətli südü kifayət miqdarda və eyni standartda davamlı təmin edə bilmək üçün başladığı bir layihədir.

Südümüzün bakterial və qida keyfiyyəti, ATENA Süd Zavodu məhsullarının keyfiyyətininin zəmanəti olacaqdır.

 

 

Almaniyadan təmin edilmiş yüksək genetik keyfiyyətə sahib 3,000 baş inəyin səhər-axşam sağımı və hər birindən orta hesabla gündəlik +30 Lt, cəmi +90,000 Lt süd istehsalı hədəflənmişdir.

Təxminən 40 hektar ərazi üzərində qurulmuş 18 ədəd Açıq Padok (18 x 5,500 m²), 6 ədəd Sağmal və 2 ədəd Gənc Heyvan Axırı (8 x 5,600 m²), 2 ədəd Buzov Axırı (2 x 4,000 m²), 1 ədəd müalicə Axırı (1,800 m²) və 1 ədəd Doğum Axırı (1,800 m²) olan təsərrüfatda inək, düyə, danal və buzovlardan ibarət təxminən 9,500 baş heyvan sığınacaqdır.

İnəklərin sağımı, 2 ədəd 40 baş tutumu olan "Rotary" sistemə sahib son texnologiyalı sağımxanada, kompüter idarəli və tamamilə avtomatik sistemlə, əl dəymədən həyata keçiriləcəkdir.

Avtomatik olaraq və əl dəymədən sağılan süd, şok soyutma ilə anlıq olaraq təxminən 38 °C-dən 4 °C istiliyə salınacaq və ATENA Süd Zavodunun tanker maşınlarına yüklənməsinə qədər bu istilikdə, xüsusi paslanmayan polad çənlərdə saxlanacaqdır.

Südümüzün keyfiyyətinin davamlı olması üçün heyvanlarımıza xüsusi sahələrıimizdə yetişdirilən qarğıdalı saçağı, yonca otu və zootekniklərimiz tərəfindən xüsusi istehsal edilən keyfiyyətli zavod yemlərindən hazırlanmış qarışımlar yedirdilir.

Yeni buzovların əldə edilməsində, inəklərimiz, uyğun yaş və çəkiyə gələn düyələrimiz yüksək məhsuldarlıq sertifikatlı süni mayalar ilə mayalanmaqdadır. Orta hesabla gündəlik 25 baş dişi heyvan üçün süni mayalanma ediləcək və 10 inəyin doğumu reallaşacaqdır.

Yeni doğulan dişi buzovlarımız xüsusi qayğı ilə yetişdirilib, uyğun yaş və kiloya çatdıqda isə süni maya ilə mayalandırılır. Bu şəkildə yetişdirilən gənc dişi heyvanlar irəlidə həm fermamızın, həm də Azərbaycanın keyfiyyətli və ölkə şəraitinə adaptasiya olmuş hamilə düyə ehtiyacının çox böyük hissəsini qarşılayacaqdır.

Yeni doğulan erkək buzovlarımız da xüsusi proqrama uyğun olaraq yetişdirildikdən sonra ən çox 18 aylıq olduğunda ~ 550 Kg / Baş ortalama canlı ağırlığa çatmış olaraq ətlik məqsədilə kəsimə göndəriləcəkdir.

Axırlarımızda yığılan peyinlər xüsusi mexaniki və texniki sistemlər ilə avtomatik olaraq toplanacaq, bərk və maye qisimləri ayrılaraq yığılacaq, təbii-bioloji yetişmələrini təmin edən əməliyyatlardan keçdikdən sonra fermamız üçün xüsusi yetişdirilən yem bitkilərinin əkildiyi sahələrdə təbii gübrə olaraq istifadə ediləcəkdir.

Fermada 6 Baytar, 14 Baytar Texnik və Texnik olmaqla, 140 adam işlə təmin olunmuşdur.