“ATENA”  Məhdud Məsuliyyətli  Cəmiyyətinin 2023-cü il audit hesabatı

“ATENA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü il audit hesabatı

13.08.2024

“ATENA” Məhdud Məsuliyyətli  Cəmiyyətin  Rəhbərliyinə : 

 

Maliyyə hesabatları haqqında  

Rəy. Mən, “ATENA” Məhdud  Məsuliyyətli  Cəmiyyətin 31 dekabr 2023-cü il tarixinə maliyyə  vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər  haqqında  hesabatdan, kapitalda dəyişiklikləri haqqında  hesabatdan və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında  hesabatdan, habelə uçotu siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeyidlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.  

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları “ATENA”  MMC-in 31 dekabr 2023-cü il tarixinə maliyyə  vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətdi aspektlərdə ədalətli əks etdirir. 

Rəy üçün əsaslar.  Mən, auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətim əlavə olaraq  hesabatımın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikası maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimı əsaslandırmaq üçün yetərli və münasibdir. 

Əsas audit məsələləri. Əsas audit məsələləri mən peşəkar mühakiməmə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımindan və maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrılıqda rəy vermirəm.  

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti. Rəhbərlik maliyyə hesabatlarının İFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrimcə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. 

Maliyyə hesabatlarını hazırladıqda rəhbərlik Cəmiyyətin ləğv və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqinda məlumatların açıqlanmasına və  mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır. İqtisadi suyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər  maliyyə hesabatlarını verilmə prosesinə nəzarət görə məsuliyyət daşıyır. 

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti  Mənim məqsədim  maliyyə hesabatlarında  bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olnb-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamənət vermir ki, əhəmiyyətli təhrif movcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmşə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə etimalı olduğu halda, əhəmiyyətli hesab edilir. Azərbaycan Respublikası Auditorlar Palatasının  22 dekabr 2021-ci il tarixli SA /065 saylı İcazə qeydiyyatı ilə fəaliyyət göstərən sərbəst auditor Vəli Oruc oğlu Bayramov Müstəqil auditor rəyini  02 iyul  2024-cü  il  tarixində tərtib etmişdir.  

  Sərbəst auditorun ünvanı: Bakı şəhəri, M. Əlizadə küçəsi ev 35 

 Azərbaycan Respublikası Auditorlar Palatasının 

  Sərbəst auditor                                                                                                  Vəli Oruc oğlu Bayramov