Atena MMC-nin Ağcabədi rayonunda inşa edilməsinin səbəbi nədir?
Cavab: Ağcabədi rayonununda heyvandarlığın inkişafı üçün mövcud şərait olması və Azərbaycan dövlətinin regionların inkişaf proqramına töhfə vermək.
Niyə Atena qatıqları dadına görə digər qatıqlardan fərqlənir?
Cavab: Çünki 1 kq qatıq hazırlamaq üçün 1.5 litr təbii süddən istifadə olunur. Buna görə Atena qatıq rəqiblərinə nisbətən daha bərk və ləzzətlidir.
Atena ayranı digər ayranlardan cox fərqlənir və ilk çıxdığı gündən bu günə qədər eyni daddadır. Bu stabilliyi necə saxlayırsınız?
Cavab: Atena ayran istehsalına başlamamıdan əvvəl böyük miqyaslı bazar araştırması aparmış, bir neçə müştəriylə birə-bir sorğu keçirmiş və tam olaraq müştərilərin istəyinə və Azərbaycan xalqının damaq dadına uyğun ayran istehsal etməyi özünə hədəf seçmişdir.
Homogenizə qatıq nə deməkdir?
Cavab: Azərbaycanda ilk dəfə homogenizə qatıq istehsal edən Atena, rəqiblərinin sahib olmadığı texnologiya vasitəsi ilə istehsal etdiyi məhsullarını böyük bir məmnuniyyətlə müştərilərinə təqdim edir. Bildiyimiz normal qaymaqlı qatıqlarda qatığın tərkibində olan yağ hüceyrələri qatığın yuxarı təbəqəsinə çıxaraq burada bir qaymaq təbəqəsi yaradır. Homogenizə qatıqda isə yağ hüceyrələri homogenizator vasitəsi ilə kiçildilərək qatığın hər tərəfinə eyni miqdarda yayılmasına nail olunur. Beləliklə Atena homogenizə qatığın hər tərəfindən eyni ləzzəti ala bilərsiniz, çünki qatığın tərkibində olan yağlılıq qatığın hər tərəfinə eyni dərəcədə paylanmışdır.
Atena südündə digər südlərdən fərqli olaraq xoşa gəlməz qoxu yoxdur, bunun səbəbi nədir?
Cavab: Çiy südün fermadan fabrikə daxil olmasından sonra süd ilk olaraq fabrikdə istifadə olunan yüksək texnolojiyalar vasitəsiylə deodarasiya əməliyyatından keçərək xoşagəlməyən iylərdən təmizlənilir, sonra isə istehsal mərhələlərinə göndərilir.