Hər öynədə qəbul etməyimiz lazım olan dörd təməl qida qrupundan biri süd və süd məhsullarıdır. Bu qrupdakı qidalar bədənimiz üçün lazımlı kalsium və vitamin B2'nin ən yaxşı mənbələridir. Sümük sağlamlığı üçün lazımlı olan kalsium, süd qrupuna aid olan qidalar istehlak edilmədən təmin edilə bilməz. Bu qrup ayrıca zülal, fosfor ilə B2 və B12 vitamini baxımından da zəngindir. Başda yetkin qadınlar, uşaqlar və gənclər olmaq üzrə bütün yaş qruplarının süd qrupuna aid olan qidaları hər gün istifadə etməsi lazımdır. İstifadə edilməsi təklif edilən miqdar yetkinlər üçün gündə 2 pay, uşaq-gənc-hamilə-əmzikli və menopauza sonrası qadınlar üçün isə gündə 3-4 paydır. (Bir böyük su stəkanı süd və ya qatıq, iki kibrit qutusu böyüklükdə pendir, bir pay qəbul edilir.) Süd zülalı yaxşı keyfiyyətdə bir zülaldır. Zülallar, böyümə üçün mütləq lazımlıdır. Bədənin bütün hüceyrələrinin böyük bir hissəsi zülallardan əmələ gəlmiş və bu hüceyrələr davamlı olaraq dəyişib yenilənir. Bədən zülallarının yaranması üçün mənbə, qidalarımızda olan zülallardır. Süd zülalları 78-80% nisbətində bədən zülalına çevrilə bilir. Həzmedilmə mümkünlüyü isə 90%-dən çoxdur. Kalsium üçün ən yaxşı mənbə süd və süd məhsullarıdır. Kalsiumu dərman olaraq istifadə etmək əvəzinə süd, qatıq, pendir istifadə etmək daha uyğundur.
Kalsium, sümük və dişlərin bünövrəsidir.
• Sümüklərin daxilinə nüfuz edərək uzanmasını və güclənməsini təmin edir. Sümüklərdə yaşla əlaqədar yaranan itkiləri zəiflədir.
• Ürək əzələlərinin sıxılmasını təmin edərək ürəyin atmasını, normal sinir funksiyalarının davamlılığını təmin edir.
• Qanama vəziyyətlərində qanın laxtalanma funksiyasını yerinə yetirir.
• Süddə olan kalsium, qanın xolesterol səviyyəsini aşağı salınması qabiliyyətinə (hipoxolesterolemik təsir) malikdir.
• Kalsiumun hiper təzyiqin qarşısının alınması və müalicəsində də müsbət təsiri var.
Kalsium ehtiyacı həyatın hər dövründə fərqlidir. Sürətli böyümənin olduğu dövrələrdə, uşaqlıq, gənclik, hamiləlik və əmizdirmə dövrlərində kalsiuma olan ehtiyac artır. Ancaq hər yaş dövründə kifayət qədər kalsium almağa diqqət göstərmək lazımdır. Uşaqlarda qeyri-kafi kalsium almaq böyüməyə təsir edə bilər. Belə ki, onlarda kalsium çatışmadıqda yetkinlikdə əldə edə biləcəkləri maksimum boya çata bilmirlər. Həyat boyunca, kalsiumun az çatışmazlığı vəziyyətlərdə belə sümük qalınlığına təsir edə bilər, sümük itkiləri meydana gələ bilər, osteoporoz riski arta bilər və asan sümük sınıqlarının olduğu xəstəliklər meydana gələ bilir.
Süd və süd məhsulları, bütün bədən hüceyrələrində olan B12 vitamini baxımından zəngindir. B12 vitamini qırmızı qan hüceyrələrinin əmələ gəlməsində mühüm yer tutur, bədəndə yağ turşularının və bəzi amin turşularının istifadə edilməsinə kömək edir. Süd və süd məhsulların istifadəsi qan təzyiqini aşağı salır və hipertoniya riskini azaldır . Yüksək qan təzyiqi (hipertoniya), ən ciddi sağlamlıq problemlərindən biridir. Yüksək qan təzyiqi; kardiyovasküler xəstəliklər, ürək böhranı və böyrək xəstəlikləri riskini artırır. Aparılan bir araşdırmada, çox süd istifadə edən 5 min adamın qan təzyiqi hipertoniyalı fərdlərlə müqayisədə normal çərçivələr içərisində olduğu müəyyən olmuşdur. Süddə mövcud olan peptit (molekul çəkisi aşağı bir zülal qarışığı) və müxtəlif mineralların (kalsium, natrium, kalium, maqnezium) qan təzyiqini aşağı salmaq qabiliyyətinə malik olduğu müəyyənləşdirilmişdir. Hamilələr arasında aparılan bir araşdırmada, süd və süd məhsulları istifadəsinə bağlı olaraq yüksək kalsium qəbulunun hamiləliyin ilk 20 həftəsində gestasyonel hipertoniya (hamiləliyə bağlı yüksək təzyiq) riskini azaltdığı müəyyən olunmuşdur.